تبليغاتX
Bütöv Azərbaycanın Xəbərləri
Azərbaycanın Xəbərləri
بوتوو آذربایجانیمیزین خبرلری
Ulu Tanrı! Keç babalarımızın günahından!Keç babalarımızın, atalarımızın günahından. Çörəyini öz ağzından kəsib yağılara çörək vermiş, torpağından kəsib düşmənə torpaq vermiş, onu kirvə eləyib süfrəsinin başında oturtmuş beynəlmiləl, kommunist, kosmopolit atalarımızı bağışla!..Ulu Tanrı! Yad qadınların hiyləgər işvəsindən xumarlanıb qanımızı qanına qatmış kişilərimizə görə bizi imtahana çəkmə! Düşmən gizlincə qılıncını itiləyərkən mürgü vurmuş xalqımızın başbilənlərinin günahını, yükünü bu gün biz çiynimizə götürmüşük, İlahi! Gələcək nəsillərin, nəvə-nəticələrimizin əmin-amanlığı üçün bu gün biz qan axıdırıq. Onları yaşatmaq üçün biz ölürük...İlahi, keç babalarımızın, atalarımızın günahından. Bugünkü nəvə-nəticələrin qanlarının axıdılmasında təqsiri olmuş, aldanmış babalarımızın, atalarımızın səhvlərini biz bağışlayırıq, sən də bağışla, Ulu Tanrı!... Bu xalqı unutqanlığı üçün əfv et, ona düşmənə qarşı qəzəb, kin ver!Ulu Tanrı!... Bizi imtahana çəkməyin bəs deyilmi?! Məgər ağlımız başımıza gəlməyibmi?!..”